Təqdim etdiyimiz məhsul və xidmətlərdə son texnoloji yenilikləri tətbiq etməyə davam edirik.
Google Pay™ təmassız ödəniş xidmətini ilkin olaraq VISA kart sahibi olan müştərilərimizin istifadəsinə təqdim etdik. Bununla da müştərilərimiz rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və Wear OS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google Pay™ ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə bankımıza məxsus VISA plastik kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Bankımıza məxsus VISA kartı olmayan şəxslər, kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Qeyd edək ki, kart sifarişini həmçinin istənilən filialımıza tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. VISA kartlarımız AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.